İstifadəçi təlimatları (IFU – Instructions for use)

BEGO qrupunun istifadəçi təlimatları üçün məlumatlar bazasına xoş gəlmisiniz
Arzu etdiyiniz istifadəçi təlimatlarına müraciət etmək üçün göstərilən xanalardan istifadə edin.

Məhsul partiyasının kodu daxil edilmədikdə müstəsna olaraq həmişə ən aktual istifadəçi təlimatı göstərilir.

BEGO qrupunun istifadəçi təlimatları üçün məlumatlar bazasına xoş gəlmisiniz.

Bu məlumatlar bazasına BEGO qrupunun istifadəçi təlimatları daxildir ki, bunları etiket, tədarük fakturası və ya hesab-faktura üzərində qeyd edilmiş məhsul nömrəsi (REF) və bəlkə məhsul partiyasının kodu (LOT) vasitəsilə tapmaq olar. Məhsul partiyasının kodu olmadan məhsulun nömrəsi daxil edildikdə həmişə istifadəçi təlimatının etibarlı cari versiyası göstəriləcək. Köhnə və ya Sizin mövcud BEGO məhsulunuza aid fərdi etibarlı versiyaları yalnız məhsulun nömrəsi ilə birgə məhsul partiyasının kodunu daxil edərək əldə edə bilərsiniz.

Məlumatlar PDF formatında təqdim edilir. Onları oxumaq, görüntüləmək və çap etmək üçün müvafiq proqram, məsələn Adobe Acrobat Reader, tələb olunur. Adobe Acrobat Reader´in ən son versiyasını Adobe´nin internet səhifəsindən pulsuz yükləmək mümkündür.

Bütün sənədlər müxtəlif dillərdə tərtib olunmuşdur. Xahiş olunur hər zaman başlanğıcda qeyd olunmuş mündəricata diqqət edərək istədiyiniz dili seçəsiniz. Bəzi dil variantları yerli tənzimləmə tələblərinə görə qismən bir-birindən fərqlənə bilər.

Siz həmişə məlumatlar bazasında yerləşdirilmiş aktual istifadəçi təlimatlarına əsasən hərəkət edin, çünki yerli şəkildə qeyd olunmuş versiyalarla bağlı təhlükə var ki, onlar bu arada yeni bir versiya ilə əvəz edilmişlər (bu haqda heç bir məlumat verilmir!)

Əgər istifadəçi təlimatı çap formasında tələb olunarsa, onda bunu Sizə yeddi təqvim günü ərzində pulsuz göndərə bilərik. Hər hansı bir sualınız olduğu təqdirdə dərhal bizimlə əlaqə saxlayın.

BEGO Implant Systems firmasının məhsulları üçün müraciət edin:

BEGO Implant Systems GmbH & Co. KG
Wilhelm-Herbst-Straße 1
28359 Bremen
Almaniya

Tel.: +49 421 2028-246
Faks: +49 421 2028-265
E-Mail: info@bego-implantology.com

BEGO qrupunun bütün məhsulları üçün aşağıdakı ünvana müraciət edin:

BEGO GmbH & Co. KG
Wilhelm-Herbst-Straße 1
28359 Bremen
Almaniya

Tel.: +49 421 2028-0
Faks: +49 421 2028-100
E-Mail: info@bego.com